“Amnesty International” Fələstinlilərə qarşı cinayətləri pisləyir

“Amnesty International” Təşkilatı işğal edilmiş Fələstin ərazilərində qeyri-qanuni qətliamları pisləyərək İsrail qüvvələrini bu cinayətlərə son qoymağa çağırıb.
Maide.az xəbər verir ki, “Amnesty International” Təşkilatı çərşənbə axşamı günü bildirib ki, İşğalçı İsrail qüvvələri qəsdən və heç bir əsas olmadan fələstinlilərə qarşı “bir sıra qətliamlar” törədib.
Təşkilat qeyd edir ki, Qərb sahilinə, o cümlədən işğal olunmuş Şərqi Beytül-Müqəddəsə səfər edən öz ekspertlərinin hesabatına əsasən bu qənaətə gəlib.
“Amnesty International” Sionist rejimi qüvvələrinin bilərəkdən atəş açaraq fələstinliləri qətlə yetirdiklərini sübut edən ən azı 4 faktı təqdim ediblər.
Təşkilatın bildirdiyinə görə, bəzi hallarda sionist qüvvələri güllə yarasından qan itirməkdə olan şəxsə tibbi yardım göstərməyiblər ki, bu da işgəncə və pis rəftarın qadağan olunması prinsiplərinə ziddir.
Bu arada, Fələstinin 1964-cü ildə işğal olunmuş ərazilərində ötən 28 gün ərzində baş verən toqquşmalar nəticəsində ən azı 7200 fələstinli gözyaşardıcı qazdan, döyük və plastik patronlardan açılan atəşlə və ya İsrail hərbçiləri ilə qarşıdurmalarda xəsarət alıblar.
“Amnesty International” Təşkilatının Orta Şərq və Şimali Afrika üzrə proqram direktoru Philip Luther deyib ki, işğal olunmuş ərazilərdə toqquşmaların yeni dalğasından sonra fələstinlilərin qeyri-qanuni qətlə yetirilməsi İsrail rejimi əsgərlərində “aşkar nümunəyə” çevrilib./ 
 

 

Google+ WhatsApp ok.ru