Əli Abbasov MTN olaylarından danışdı 01 Noyabr 2015 02:00 Xəbərlər “Hesab edirəm ki, Milli Təhlükəsizlik Nazirliyində baş verənlərlə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyində heç bir qanun pozuntusuna yol verilməyib”. “APA-Economics”in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib. “Hesab edirəm ki, saxlanılanlar barəsində qanun çərçivəsində tədbir görüləcək. Mətbuatda bizim nazirlik ətrafında baş verənlər barədə yanlış informasiyalar verilir. Düşünürəm ki, hər şey qanun çərçivəsində həll olunacaq”, - deyə nazir bildirib. Ə. Abbasov işdən kənarlaşdırılması barədə mətbuatda yayılan məlumatlara da münasibət bildirib: “Bu məlumatlar həqiqəti əks etdirmir. Mən iş başındayam və vəzifəmin icrasını davam etdirirəm”./ Teqlər : #Əli Abbasov MTN olaylarından danışdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Somalidə otelə hücumda 7 nəfər ölüb Omanda İƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin konfransı keçiriləcək