“Gizli” həbslər davam edir

Hüquq-mühafizə orqanları yüksək vəzifəli şəxslərin həbsilə bağlı susmaqda davam edirlər. Eyni zamanda  bu və ya digər məmurun həbsi barədə mətbuata məlumat sızdırırlar.
 
Belə ki, ötən gün hökumətyönlü KİV “Azərpoçt”un rəhbəri Qəmbər Bəybalayevin həbsi barədə məlumat yayıb.
 
Həbsi Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparıb. Həbsin səbəbləri açıqlanmır.
 
Turan-ın bununla bağlı prokurorluğun mətbuat xidmətindən şərh almaq və ya məlumatın təkzib və təsdiq edilməsinə nail olmaq cəhdləri baş tutmayıb.
 
Hakimiyyətin məntiqini anlamaq çətindir. Faktiki olaraq bu cür yazılar KİV haqqında qanuna və jurnalist etikasına ziddir. Halbuki, özləri daim KİV-i yoxlanılmamış məlumat və ya şayiə yaymaqda ittiham edirlər. Eyni zamanda yüksək vəzifəli dövlət məmurlarının kütləvi həbsləri, işdən çıxarılmaları barədə onlarla məlumatın qarşısında susurlar.
 
Görünür, .”gizli həbslər” yeni stildir və bundan yaxın vaxtlarda çox istifadə ediləcək. contact/

Google+ WhatsApp ok.ru