“Məhəmmәd (s) Allahın Elçisi” filminin premyerası Livanda hərarətlə qarşılandı

İranlı kinorejissor Məcid Məcidinin çəkdiyi “Məhəmmәd (s) Allahın Elçisi” filminin premyerasının Livanın paytaxtı Beyrutda keçirilməsi böyük hərarət və alqışla qarşılanıb.
 
Maide.az xəbər verir ki, filmin qala gecəsi kinorejissor Məcid Məcidinin iştirakı ilə Beyrutun Falaxy kinoteatrında baş tutub.
 
Premyerada Livanın şiə və əhli-sünnə alimləri, incəsənət və mədəniyyət xadimləri, siyasətçilər, ziyalılar, kinomatoqrafçılar, kino tənqidçiləri, Media rəhbərləri və fəalları və habelə bir çox tanınmış şəxsiyyətlər iştirak edib.
 
Kinorejissor Məcid Məcidi bu dəyərli filmin çəkilməsinin məqsədi və çəkiliş prosesi barədə məlumat verib.
 
O bildirib ki, filmin ssenarisini yazarkən və çəkiliş mərhələlərində mötəbər şiə və sünni mənbələrinə müraciət və istinad edib.
 
Məcidi əlavə edib: Bəzi müsəlman ölkələrinin alimlərindən soruşmaq lazımdır ki, filmə baxmamışdan əvvəl onun barəsində necə mühakimə yürüdüblər.
 
Livanın cənubunda Seyda şəhərinin imamı və əhli-sünnənin nüfuzlu müftilərindən Şeyx Mahmud Mahir, “Məhəmmәd (s) Allahın Elçisi” filminin nümayişindən sonra, filmin həqiqətən də böyük bir əsər olduğunu söyləyib.
 
Livanın İslami Əməl Cəbhəsi media xidməti rəsmisi və əhlü-sünnə müftisi Şeyx Vəlid Əllamə də filmin çox təsirli olduğunu bildirib: “Filmə baxdığım 3 saat ərzində hisslərimi toparlaya və gözlərimdən gələn yaşı saxlaya bilmədim”, - deyə o bildirib.
 
“Məhəmmәd (s) Allahın Elçisi” bədii filmi İslam peyğəmbəri Hz. Məhəmmədin uşaqlıq həyatından bəhs edən tarixi bir filmdir.
Qeyd edək ki, hazırda “Məhəmmәd (s) Allahın Elçisi” bədii filminin ilin sonunadək Türkiyədə nümayişi üçün hazırlıq işləri gedir.  /
 
 

Google+ WhatsApp ok.ru