“Dollar almayanlar fürsəti qaçıracaq”

Dollar mühüm valyutalar qarşısında, həmçinin avro qarşısında bahalaşır. Ötən ayın ortasından bu yana Avro/dollar məzənnəsi 1,15 səviyyəsindən 1,08-ə enib.
 
Commerzbank analitikləri Cümə günü yaydıqları notda, ABŞ Mərkəzi Bankı Fed ilə Avropa Mərkəzi Bankı ECB-inin pul siyasətlərinin əks istiqamətlərə doğru getdiyinə diqqət çəkərək vəziyyətdən faydalananların dollar alanlar olacağını və dolların getdikcə dəyər qazandığını söyləyiblər.
 
Dollar almaq məsələsində tərəddüddə olanlara “dollar alın” tövsiyəsini verən Commerzbank analitikləri, digər halda dollar almayanların fürsəti qaçıracaqlarını bildiriblər.
 
Qeyd edək ki, ABŞ Mərkəzi Bankının Dekabr ayının sonunda faizləri artıracağından dollar bahalaşır. Bunun əksinə, Avropa Mərkəzi Bankı dövriyyəyə daha çox avro buraxaraq Avropa pulunu daha da ucuzlaşdırmağı planlaşdırır.

Google+ WhatsApp ok.ru