“Nəqliyyat qoçuları” getdi – problem həll olundumu? 17 Noyabr 2015 02:00 Ölkə Nəqliyyat müfəttişlərinin səlahiyyətlərinin alınaraq yol polislərinə verilməsindən sonra sürücülərin rahat nəfəs aldıqları bildirilir. Azərbaycanda son bir neçə ildə Nəqliyyat Nazirliyinin strukturu olan Nəqliyyat Müfəttişliyi əməkdaşlarının sürücülərə qarşı qanunsuz hərəkətləri, hətta az qala onların “yol reketi” kimi davrandıqları haqda mətbuatda saysız-hesabsız materiallar dərc olunub. Bu barədə hətta nəqliyyat naziri Ziya Məmmədova dəfələrlə müraciət olunmasına, nazirin nəqliyyat müfəttişlərinə “təpinməsinə” baxmayaraq, arzuolunmaz vəziyyət uzun müddət dəyişməz qaldı. Mətbuatın haqlı olataq “nəqliyyat qoçuları” adlandırdığı müfəttişlərin qanunsuz əməlləri azalmaq əvəzinə daha da artdı. Vəziyyətin kritikləşməsi və nəqliyyat müfəttişlərindən şikayətlərin artması sonda prezident İlham Əliyevin məsələyə müdaxiləsi ilə nəticələndi. Təqribən bir ay əvvəl dövlət başçısının fərmanı ilə nəqliyyat müfəttişlərinin səlahiyyətləri yol polisinə verildi. Maraqlıdır, geridə qalan bir ay ərzində haqqında bəhs olunan bu dəyişikliklər gözlənilən nəticəni verdimi? Bu mövzunu gün.Az-a dəyərləndirən “Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev hesab edir ki, sözügedən dəyişikliklər sürücülərin rahat nəfəs almalarına şərait yaradıb: “Etiraf edək ki, nəqliyyat müfəttişlərinin mətbuatda müntəzəm işıqlandırılan qanunsuz əməlləri ictimai narazılığın vacib elementinə çevrilmişdi. Mediada az qala hər gün nəqliyyat müfəttişlərinin bu və ya başqa qanunsuz əməlləri haqqqında həm yazılı, həm də videofakt formasında materiallar dərc olunurdu. Sizin də müşahidə etdiyiniz kimi, nəqliyyat müfəttişlərinin məlum səlahiyyətlərinin yol polisi əməkdaşlarına verilməsindən sonra bu barədə hər hansı tənqidi materiala rast gəlinmir. Bu isə o deməkdir ki, verilmiş qərar özünü doğruldub. Başqa cür desək, Dövlət Yol Polisi İdarəsi avtomobillərin istismarı, yollarda qaydalara nəzarətin həyata keçirilməsi baxımından ən peşəkar qurumdur və fəaliyyətini “Polis haqqında”, “Əməliyyat-axtarış tədbirləri haqqında” və digər qanunlara uyğun şəkildə qurur. Eyni zamanda, bu məsələ Daxili İşlər Nazirliyinin kollegiyasında da müntəzəm müzakirə olunur və zəruri tapşırıqlar verirlir. Yəni yol polisi qanunla onlara verilmiş səlahiyyətlər çərçivəsində öz fəaliyyətini həyata keçirir. Bayaq dediyim kimi, artıq bir aydır ki, bu barədə hansısa tənqidlərə rast gəlmiriksə, deməli həmin dəyişiklik özünü tam doğruldub”. Teqlər : #Nəqliyyat qoçuları getdi – problem həll olundumu?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İnternet problemi ilə əlaqədar “e-manat” ödəniş sistemi işləmir - Foto Sabaha olan hava proqnozu açıqlanıb