Ərəbistanın 8 aylıq təcavüzünün nəticəsi açıqlandı

Maide.az xəbər verir ki, Yəmənin İnsan H aqları Komitəsi bəyanat yayaraq, Ərəbistanın ötən 8 ayda Yəmənə olan hücumlarında 7400 nəfərin həlak olduğunu, 16 min nəfərin isə yaralandığını bildirib. 
 
Yəmənin insan haqları komitəsi Ərəbistanın hücumları nəticəsində ölən və yaralananların əsasən qadınlar və uşaqlar olduğunu bildirərək, BMT-nin Yəməndə baş verməkdə olan insan faciəsi ilə bağlı dərhal ciddi tədbirlər görməli olduğunu açıqlayıb. 
 
Ali-Səud ailəsinin qaranlıq simasını ifşa etməklə məşğul olan ərəbistanlı Twitter fəalı "Müctəhid" də bir müddət öncə bildirmişdi ki, Ərəbistan Ədəndə vəziyyətin gərgin olmasına rəğmən, Yəmənin sabiq və fərari prezidenti Əbdürrəbbə Mənsur Hadiyə, Ədənə qayıtması və simvolik şəkildə bu şəhəri paytaxt elan edərək, sürgündə dövlət qurması üçün təzyiqlər göstərir. 

Google+ WhatsApp ok.ru