Ərbəin günü Nəcəf hava limanında 1100 uçuşun qeydə alınacağı gözlənilir

Nəcəf şəhər Benəlxalq Hava Limanının idarə rəisi Faed Kazem Nun bununla bağlı deyib: Builki Ərbəin mərasimləri zamanı bu hava limanı vasitəsilə 23 noyabrdan etibarən 02 dekabradək uçuşların və sərnişinlərin sayının ötən illərə nisbətən nəzərə çarpacaq dərəcədə artacağı gözlənilir.
 
Maide.az xəbər verir ki, o, Haval limanının İmam Hüseyn zəvvarlarını qəbul etməyə hazır olduğunu qeyd etməklə, Ərbəin ziyarəti ilə əlaqədar olaraq uçuş sayının 1100-ə qədər artacağını proqnozlaşdırıb.
 
Faed Kazem bildirib: Hava limanı son iki ayda çoxmilyonluq Ərbəin zəvvarlarını qarşılamaq və ziyarətçilərin giriş-çıxışını asanlaşdırmaq üçün lazımi xidmətlərin göstərilməsi üçün müvafiq tədbirlər görüb.
 
Nəcəf şəhər Benəlxalq Hava Limanının idarəsi  oktyabrda elan etmişdi ki, bu il Məhərəm ayının 10 (Aşura günü) günü ziyarət boyu həmin Hava Limanı vasitəsilə 50 mindən çox ərəb və xarici sərnişin uçub və buliki Ərbəin mərasimləri zamanı bu sayın artacağı gözlənilir. /

 

Google+ WhatsApp ok.ru