Əli İnsanovun məhkəməsi baş tutmadı

Məhkəmə prosesi zərərçəkənlərə prosesdə iştirakla bağlı göndərilən bildirişlərin ünvanına çatıb-çatmamasının müəyyənləşdirilməməsi üzündən təxirə salınıb.
 
Xatırladaq ki, sabiq səhiyyə naziri 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib.
 
2007-ci ilin aprel ayında Ə.İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Sabiq nazir Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verib.

Google+ WhatsApp ok.ru