Ərəbistanda 50 nəfərdən çox insan edam ediləcək

Səud rejimi 50 nəfərdən artıq şəxsi terror aktları ittihamı ilə edam etməyə nəzərdə tutur.
Maide.az xəbər verir ki, iki Ərəbistan qəzeti bu həftə həmin qərarla bağlı məlumat yayıblar; Əkkaz qəzeti cümə axşamı günü bu ölüm hökmlərinin detalları və icrası vaxtını qeyd etmədən yazıb ki, 100 nəfərdən artıq günahsız insanın və ölkənin  təhlükəsizlik orqanlarının 71 əməkdaşının həlak olduğu “terror cinayətləri” ittihamı ilə 50 nəfər ölüm hökmünün icrası ərəfəsindədir.
ər-Riyad qəzeti isə 52 nəfərin tezliklə edam ediləcəyi haqda xəbər verib, lakin daha sonra heç bir izahat vermədən həmin xəbəri öz saytından silib.
Əkkazın bildirdiyinə görə, həmin məhkumlardan bəziləri əl-Qaidə terror təşkilatı ilə əlaqədə ittiham olublar, və digərləri əsasən neftlə zəngin olan əş-Şərqiyyə əyalətinin Əvamiyyə şəhərinin şiələrdən ibarət olan sakinləridir- bu region hökümət tərəfindən insanların bərabər hüquqlar əldə etməsi ilə bağlı etiraz yürüşlərinin dağıdılması ilə yadda qalır.
Əkkaz bildirir ki, bu şəxslər dövlət çevrilişinə cəhd göstərməkdə və güya yüngül silahlarla, partlayıcı maddələrlə və zenit hava raketləri vasitəsilə hücum etməkdə ittiham olunurlar.
Yerli fəalların dediyinə görə, Əvamiyyə şəhər sakinləri şəhərə gedən yolları bağlamaqla, yayılan bu xəbərlərə öz etirazlarını bildiriblər.
Səud rejiminin Məhkəməsi tərəfindən ölüm hökmünə məhkum olunan bir sıra ərəbistanlı gənclərin anaları ölüm hökmlərinin həyata keçiriləcəyi təqdirdə sakit oturmayacalqrını vurğulayıblar.
Onlar qeyd edib ki, övladları həbs edildiyi vaxtdan müxtəlif növ zülmlərə, işkəncələrə məruz qalmış və ən adi ədalətli mühakimə prinsiplərindən belə uzaq olan mühakimələr zamanı edama məhkum olunublar.
Sumariya agentliyinin məlumatına görə, edamları planlaşdırılanların arasında şeyx Nimr və onun qohumları ilə yanaşı terorda ittiham edilənlər və sair vətəndaşlar vardır.
Amnesty İnternational təşkilatı iki həftə əvvəl yaydığı bəyanatda bildirib ki, Səudiyyə Ərəbistanı 1995-ci ildən bu vaxta qədər ən çox ölüm hökmü ilə, bu il ən azı 151 nəfəri edam edib.
Hüquq Müdafiə Təşkilatlarının açıqlamalarına əsasən, Səud rejimi ən çox ölüm hökmünün tətbiq edildiyi beş ölkədən biridir. ərəbistan 2014-cü ildə dünyada ən çox ölüm hökmünün həyata keçirildiyi ölkələr arasında üçüncü yerdə qərarlaşıb. /
 

 

Google+ WhatsApp ok.ru