“Google” İsraillə əməkdaşlıq sazişi bağlamaqdan imtina etdi

“Google” şirkəti Youtube sosial şəbəkəsində “təxribat xarakterli” videoların monitorinqinin aparılması ilə bağlı İsrail rejimi ilə hər-hansı bir müqavilənin bağlamasını rədd edib.
Maide.az xəbər verir ki, Sionist İsrail rejimi XİN-nin müavini Tsipi Hotofili keçən həftə bildirmişdi ki, Youtube sosial şəbəkəsinin sahibi “Google” şirkəti İsrail rəsmiləri ilə görüşdən sonra anti-İsrail hisslərini təhrik edən videoların monitorinqi ilə razılaşıb.
“Google” şirkətinin sözcüsü France Press Agentliyi ilə müsahibəsində bu məlumatı təkzib edərək, əlavə edib ki Sionist İsrail rəsmiləri ilə əsla belə bir müqavilə imzalanmayıb.
O qeyd edib ki, Youtube və “Google” şirkətinin rəhbərliyinin Sionist rejiminin rəsmiləri ilə görüşü digər görüş kimi formal xarakter daşıyıb və bu görüşdə yalnız şirkətə məxsus saytlarda çıxan ziddiyyətli məzmunlarla bağlı müzakirə aparılıb.
ABŞ-ın “Google” şirkətinin sözcüsü əlavə edib ki, şirkət İsraillə saziş bağlaması xəbərini təkzib etdikdən sonra, İsrail rəsmiləri öz açıqlamalarını dəyişərək, videoların izlənməsinə aid hissəni siliblər./
.  
 

Google+ WhatsApp ok.ru