Ərbəin ziyarətnaməsinin tərcümə və oxunuşu - AUDİO

Şəhidlər sərvəri imam Hüseyn(ə)in “ərbəin”i (şəhadətin qırxıncı günü) Səfər ayının 20-ci gününə təsadüf edir. 
Şeyx (rəh.) rəvayətdən sonra İmam Sadiq(ə)dən ziyarətnamənin mətnini belə nəql etmişdir:
 

ƏRBƏİN ZİYARƏTNAMƏSİNİN OXUNUŞU
Əllahummə səlli əla Muhəmməd və ali Muhəmməd və əccil fərəcəhum * Bismillahir-Rəhmanir-Rəhim * Əssəlamu əla vəlyillahi və həbibih * Əssəlamu əla xəlililləhi və nəcibih * Əssəlamu əla səfiyilləhi vəbni safiyyih * Əssəlamu ələl Huseynil-məzlum-işşəhid * Əssəlamu əla əsiril-kurubati və qətilil-əbərat * Əllahummə inni əşhədu ənnəhu vəliyyukə və safiyyukə vəbnu safiyyik, əl-faizu bikəramətikə, əkrəmtəhu biş-şəhadəti və həbəvtəhu bis-səadəti, vəctəbəytəhu bi tibil-viladəti və cəəltəhu səyyidən min-əs-sadəti və qaidən min-əl-qadəti və zaidən min-əz-zadəti və ətəytəhu məvarisəl-ənbiyai və cəəltəhu huccətən əla xalqikə min-əl-əvsiyai fə ə`zəra fid-duai və mənəhən-nəshə və bəzələ muhcətəhu fikə liyəstənqizə ibadəkə min-əl-cəhaləti və həyrətiz-zəlaləti və qəd təvazəra ələyhi mən ğərrəthud-dunya və baə həzzahu bil-ərzəlil-ədna və şəra əxiratəhu bis-səmən-il-əvkəsi və təğətrəsə və tərədda fi həvahu və əsxətəkə və əsxətə nəbiyyəkə və ətaə min ibadikə əhləş-şiqaqi vən-nifaqi və həmələt-əl-əvzaril-mustəvcibinən-nar, fəcahədəhum fikə sabirən muhtəsibən, hətta sufikə fi taətikə dəmuhu vəstubihə hərimuhu * Əllahummə fəl`ənhum lə`nən vəbila və əzzibhum əzabən əlima * Əssəlamu ələykə yəbnə Rasulilləh * Əssəlamu ələykə yəbnə səyyidil-əvsiya * Əşhədu ənnəkə əminullahi vəbnu əminihi, iştə səidən və məzaytə həmida, və muttə fəqidən məzlumən şəhida * Əşhədu ənnəllahə muncizun ma vəədəkə və muhliku mən xazələkə və muəzzibu mən qatələkə * Əşhədu ənnəkə vəfəytə biəhdilləhi və cəhədtə fi səbilihi hətta ətakəl-yəqin * Fələənəllahu mən qətələkə və ləənəllahu mən zələməkə və ləənəllahu ummətən səmiət bizalikə fərəziyət bihi * Əllahummə inni uşhidukə ənni vəliyyun limən valahu və əduvvun limən adahu * Bi əbi əntə və ummi yəbnə Rasulillah * Əşhədu ənnəkə kuntə nurən fil-əslabiş-şamixəh vəl ərhamil-mutahhərə, ləm tunəcciskəl-cahiliyyətu bi əncasiha və ləm tulbiskəl-mudləhimmati min siyabiha, və əşhədu ənnəkə min dəaim-id-din və ərkanil-musliminə və mə`qilil-muminin * Və əşhədu ənnəkəl-imamul-bərrut-təqiyyur-rəziyyuz-zəkiyyul-hadiyy * Və əşhədu ənnəl-əimmətə min vuldikə kəlimətut-təqva və ə`lamil-huda vəl-urvətul-vusqa vəl-huccətu əla əhlid-dunya * Və əşhədu ənni bikum mumin, və bi iyyəbikum muqin, bişərai dini və xəvatimi əməli, və qəlbi liqəlbikum silmun və əmri liəmrikum muttəbi, və nusrati ləkum muəddə, hətta yə`zənəllahu ləkum * Fəməəkum, məəkum, la məə əduvvikum, sələvətullahi ələykum və əla ərvahikum və əcsadikum və şahidikum və ğaibikum və zahirikum və batinikum * Aminə, Rəbb-əl-aləmin.

Ziyarətnaməni bitirdikdən sonra iki rəkət namaz qılıb dua edin.

ƏRBƏİN ZİYARƏTNAMƏSİNİN AZƏRBAYCAN DİLİNDƏ TƏRCÜMƏSİ
Salam olsunAllahın vəlisi və onun həbibinə!
Salam olsun Allahın sevdiyi və seçilmiş bəndəsinə!
Salam olsun Allahın seçilmiş bəndəsi və onun seçilmiş (bəndəsinin) övladına!
Salam olsun məzlum və şəhid Hüseynə (ə)!
Salam olsun dünyanın ən çətin bəlalarına düçar olmuş və göz yaşları şəhidinə! (yəni onun şəhid olması göz yaşlarının axmasına səbəb oldu, olur, olacaq)
İlahi, mən şəhadət verirəm ki, o, sənin vəlin və vəlinin övladı, sənin seçdiyin və seçdiyin şəxsin övladıdır. Sənin lütf və mərhəmətinlə nicat tapanlardan oldu. Sən onu şəhadət feyzi vasitəsilə əziz tutaraq onu xüsusu səadətə qovuşdurdun və nəsil paklığı ilə seçərək onu ağaların ağası, öncüllərin öndəri, haqqı müdafiə edənlərin hamisi etdin. Ona peyğəmbərlərin mirasını əta edərək onlarını canişini və məxluqatın üçün höccət təyin etdin. O, höccəti tamamladı və ümmət üçün üzr yeri qalmadı. Hüseyn (ə) ümməti nəsihət etməkdə mehribanlıq edərək onlarla yumşaq davrandı və Sənin azğın, cahil, təkəbbürlü, axirət mənfəətini heç bir dəyərə mallik olmayan dünya malına satmış, zülmkar və nəfslərinə itaət etməklə həlakətə düçar olmuş, Səni və Peyğəmbərini (s) qəzəbləndirmiş bəndələrinə nicat vermək üçün pak olan qanı axıdıldı. Səninlə düşmən, nifaq əhli və Sənə asi və böyük günahlarla yüklənərək Cəhənnəm atəşinə layiq olan kəslərə tabe olan zülmkar bəndələrinlə imam Hüseyn (ə) Sənin yolunda cihad edərək kamil ixlasla səbr etdi və Sənə itaət yolunda pak qanı axıdıldı, Əhli-beytinin hörməti aradan  aparıldı. O isə çoxlu çətinlik və məşəqqətlərə sinə gərdi.
İlahi! Sən o zalım və sitəmkar qövmə lənət edərək onları ən şiddətli əzabınla cəzalandır.
Salam olsun sənə, ey Peyğəmbər övladı!
Salam olsun sənə, ey övliyaların ağasının övladı! 
Şəhadət verirəm ki, sən Allah vəhyinə əmin və haqqa əmin (əmanətdar) olanın övladısan və ömrünü səadətlə yaşayaraq haqqın həmd-sənası ilə başa vurdun və dünyadan köçərək haqq yolunda məzlum və şəhid oldun.
Bir daha şəhadət verirəm ki, Allah-taala sənə verdiyi vədə vəfa edərək səni tənhalıqda qoyaraq xar etmək istəyənləri həlak edəcək və qatillərinə də ağrılı əzabı dadızdıracaq. 
Şəhadət verirəm ki, sən Allah yolunda ömrünün sonuna qədər cihad etmisən. Allah-taala səni öldürənlərə, sənə zülm və sitəm edənlərə lənət eləsin. Həmçinin, sənin öldürüldüyünü eşitdikdə, razılıq bildirib şadlıq edən kəsə də Allah lənət eləsin. 
İlahi! Mən səni şahid tuturam ki, o həzrətə və onu sevənlərə məhəbbət bəsləyən və onun düşmənlərinə düşmən olanlardanam. 
Atam-anam sənə fəda olsun, ey Allah rəsulunun övladı! 
Şəhadət verirəm ki, sən ali məqamlı ata-babalarının sülbündə və pak xislətli ananın rəhmində bir nur idin və cahiliyyətin nəcasətləri (pis xüsusiyyətləri) sənə sirayət etməmiş və sıxıntısı da səni bürüməmişdir. 
Bir daha şəhadət verirəm ki, həqiqətən, sən Allah dininin rüknü, müsəlmanlıq ayinlərinin əsası, iman əhlinin pənah və hamisisən. 
Bir daha şəhadət verirəm ki, sən xeyirxah, bəyənilən təqvaya sahib, pak və pakxislətli rəhbər, məxluqata hidayətçi, haqla hidayət olunansan. 
Şəhadət verirəm ki, imamlar (ümmətin doqquz imamı) da sənin övladlarındandır və haqq ruhu və haqq yolunun bələdçisi və möhkəm imanının əsası və bütün dünya əhlinə höccətdirlər. 
Şəhadət verirəm ki, mənin sizin haqq olmağınıza iman və rəcətinizə (qayıdışınıza) yəqinim var və dinimin başlanğıcı, işlərimin sonu və qəlbimi sizin pak qəlbinizə təslim edirəm və bütün işlərimdə sizə tabeyəm. Allahın izni ilə sizə yardım etməyə hazıram. Sizin düşmənlərinizlə deyil, sizinləyəm.
Allahın salamı olsun sizə və sizin pak ruh və cismlərinizə!
Allahın salamı olsun sizlərdən hazır və qeybdə olanlara. 
Ey aləmlərin Rəbbi, mənim duamı qəbul et!

ƏRBƏİN ZİYARƏTNAMƏSİNİN ƏRƏBCƏ MƏTNİ

اللهم صل علی محمد و آل محمد و عجل فرجهم * بسم الله الرحمن الرحیم * السَّلامُ عَلى وَلِىِّ اللَّهِ وَ حَبيبِهِ * اَلسَّلامُ عَلى خَليلِ اللَّهِ وَ نَجيبِهِ * اَلسَّلامُ عَلى صَفِىِّ اللَّهِ وَابْنِ صَفِيِّهِ * اَلسَّلامُ عَلىَ الْحُسَيْنِ الْمَظْلُومِ الشَّهيدِ * اَلسَّلامُ على اَسيرِ الْكُرُباتِ وَ قَتيلِ الْعَبَراتِ * اَللّهُمَّ اِنّى اَشْهَدُ اَنَّهُ وَلِيُّكَ وَ ابْنُ وَلِيِّكَ وَ صَفِيُّكَ وَ ابْنُ صَفِيِّكَ الْفاَّئِزُ بِكَرامَتِكَ اَكْرَمْتَهُ بِالشَّهادَةِ وَ حَبَوْتَهُ بِالسَّعادَةِ وَ اَجْتَبَيْتَهُ بِطيبِ الْوِلادَةِ وَجَعَلْتَهُ سَيِّداً مِنَ السّادَةِ وَ قآئِداً مِنَ الْقادَةِ وَ ذآئِداً مِنْ الْذادَةِ وَاَعْطَيْتَهُ مَواريثَ الاَنْبِياَّءِ وَجَعَلْتَهُ حُجَّةً عَلى خَلْقِكَ مِنَ الاَوْصِياَّءِ فَاَعْذَرَ فىِ الدُّعآءِ وَمَنَحَ النُّصْحَ وَ بَذَلَ مُهْجَتَهُ فيكَ لِيَسْتَنْقِذَ عِبادَكَ مِنَ الْجَهالَةِ وَحَيْرَةِ الضَّلالَةِ وَ قَدْ تَوازَرَ عَلَيْهِ مَنْ غَرَّتْهُ الدُّنْيا وَ باعَ حَظَّهُ بِالاَرْذَلِ الاَدْنى وَ شَرى آخِرَتَهُ بِالثَّمَنِ الاَوْكَسِ وَ تَغَطْرَسَ وَ تَرَدّى فى هَواهُ وَ اَسْخَطَكَ وَ اَسْخَطَ نَبِيَّكَ وَ اَطاعَ مِنْ عِبادِكَ اَهْلَ الشِّقاقِ وَ النِّفاقِ وَ حَمَلَةَ الاَوْزارِ الْمُسْتَوْجِبينَ النّارَ فَجاهَدَهُمْ فيكَ صابِراً مُحْتَسِباً حَتّى سُفِكَ فى طاعَتِكَ دَمُهُ وَاسْتُبيحَ حَريمُهُ * اَللّهُمَّ فَالْعَنْهُمْ لَعْناً وَبيلاً وَعَذِّبْهُمْ عَذاباً اَليماً * اَلسَّلامُ عَلَيْكَ يَا بْنَ رَسُولِ اللَّهِ * اَلسَّلامُ عَلَيْكَ يَا بْنَ سَيِّدِ الاَوْصِياَّءِ * اَشْهَدُ اَنَّكَ اَمينُ اللَّهِ وَابْنُ اَمينِهِ عِشْتَ سَعيداً وَ مَضَيْتَ حَميداً وَ مُتَّ فَقيداً مَظْلُوماً شَهيداً وَ اَشْهَدُ اَنَّ اللَّهَ مُنْجِزٌ ما وَعَدَكَ وَمُهْلِكٌ مَنْ خَذَلَكَ وَ مُعَذِّبٌ مَنْ قَتَلَكَ وَ اَشْهَدُ اَنَّكَ وَفَيْتَ بِعَهْدِ اللَّهِ وَجاهَدْتَ فى سَبيلِهِ حَتّى اَتيكَ الْيَقينُ * فَلَعَنَ اللَّهُ مَنْ قَتَلَكَ وَلَعَنَ اللَّهُ مَنْ ظَلَمَكَ وَلَعَنَ اللَّهُ اُمَّةً سَمِعَتْ بِذلِكَ فَرَضِيَتْ بِهِ * اَللّهُمَّ اِنّى اُشْهِدُكَ اَنّى وَلِىٌّ لِمَنْ والاهُ وَعَدُوٌّ لِمَنْ عاداهُ بِاَبى اَنْتَ وَاُمّى يَا بْنَ رَسُولِ اللَّهِ اَشْهَدُ اَنَّكَ كُنْتَ نُوراً فىِ الاَصْلابِ الشّامِخَةِ وَالاَرْحامِ الْمُطَهَّرَةِ لَمْ تُنَجِّسْكَ الْجاهِلِيَّةُ بِاَنْجاسِها وَلَمْ تُلْبِسْكَ الْمُدْلَهِمّاتُ مِنْ ثِيابِها وَاَشْهَدُ اَنَّكَ مِنْ دَعاَّئِمِ الدّينِ وَاَرْكانِ الْمُسْلِمينَ وَمَعْقِلِ الْمُؤْمِنينَ وَاَشْهَدُ اَنَّكَ الاِمامُ الْبَرُّ التَّقِىُّ الرَّضِىُّ الزَّكِىُّ الْهادِى الْمَهْدِىُّ وَاَشْهَدُ اَنَّ الاَئِمَّةَ مِنْ وُلْدِكَ كَلِمَةُ التَّقْوى وَاَعْلامُ الْهُدى وَالْعُرْوَةُ الْوُثْقى وَالْحُجَّةُ على اَهْلِ الدُّنْيا وَ اَشْهَدُ اَنّى بِكُمْ مُؤْمِنٌ وَبِاِيابِكُمْ مُوقِنٌ بِشَرايِعِ دينى وَخَواتيمِ عَمَلى وَ قَلْبى لِقَلْبِكُمْ سِلْمٌ وَ اَمْرى لاَمْرِكُمْ مُتَّبِعٌ وَ نُصْرَتى لَكُمْ مُعَدَّةٌ حَتّى يَاْذَنَ اللَّهُ لَكُمْ فَمَعَكُمْ مَعَكُمْ لا مَعَ عَدُوِّكُمْ * صَلَواتُ اللَّهِ عَلَيْكُمْ وَعلى اَرْواحِكُمْ وَ اَجْسادِكُمْ وَ شاهِدِكُمْ وَغاَّئِبِكُمْ وَ ظاهِرِكُمْ وَ باطِنِكُمْ * آمينَ رَبَّ الْعالَمينَ

 

Google+ WhatsApp ok.ru