Ərbəin münasibəti ilə İrandan İraqa 2 milyon 100 min zəvvar gedib

Hazırda İrandan 2 milyon 100 min nəfər zəvvar Ərbəin ziyarətində iştirak etmək üçün İraqa səfər edib. 
 
Maide.az xəbər verir ki, İraq rəsmilərinin məlumatına görə,ümumi ilikdə isə 15 milyon zəvvarın bu ziyarətdə iştirak edir.
 
Qeyd edək ki, bu gün İranın I vitse-prezidenti İshaq Cahangiri də  Ərbəin mərasimində iştirak etmək məqsədi ilə İraqa səfər edib. İ.Cahangirinin İraqa qeyri-rəsmi səfəri zamanı onu İanın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli , İran Polisinin komandanı Hüseyn Əştəri və İran həcc və ziyarət təşkilatının sədri Səid Övhədi müşaiyət edir.
 
Qeyd edək ki, hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin şəhadətinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edirlər. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etidyi bildirilir. Bu il Ərbəin milad təqvimi ilə 2 dekabr tarixinə təsadüf edir./

Google+ WhatsApp ok.ru