Şəriət qaydalarına uyğun ilk reys baş tutub

Bazar günü Malayziyanın yeganə islam aviaşirkəti "Rayani Air" özünün şəriət qaydalarına uyğun olan ilk reysini həyata keçirib.
 
Maide.az anspress-ə istinadən xəbər verir ki, bu dünyada şəriət qaydalarına uyğun ilk reys kimi tarixə düşüb.
 
Ölkənin paytaxtından Lanqkavi adasına qədər uçuş eynilə şəriət qaydalarıyla keçib. Yemək yalnız halal məhsullar olub və alkoqolun istifadəsi ciddi qadağan edılib. Bütün ekipaj üzvləri müsəlmanlardan ibarət olub. Həmçinin stüardessalar hicablarda olub . Sərnişinlər tərəfindən marağla qarşılanan uçuşdan əvvəl dua oxunub.
 
Verilən məlumata görə, növbəti ildən belə uçuşları "Firnas Airways" Britaniya aviaşirkəti təklif edəcək. /
 

Google+ WhatsApp ok.ru