“Sərhədsiz reportyorlar”: Rauf Mirqədirova bəraət verilməlidir

Azərbaycan məhkəməsi, nəhayət, müstəqil jurnalist Rauf Mirqədirovun azad edilməsi barədə qərar çıxarmalıdır. O 2014-cü ilin aprelində dövlətə xəyanət kimi uydurma ittiham ilə həbs olunub.
 
Dekabrın 16-da prokuror onun 7 il azadlıqdan məhrum edilməsini istəyib.
 
“Xədicə İsmayılova, Hilal Məmmədov və bir çoxlarının məhkəməsində olduğu kimi, R.Mirqədirovun məhkəməsinin də ədalət mühakiməsinə aidiyyatı yoxdur”, - “Sərhədsiz reportyorlar”ın bəyanatında belə deyilir.
 
“Biz hakimiyyəti bu təqiblərə son qoymağa və Rauf Mirqədirovu azad etməyə çağırırıq. Belə ki, 18 aylıq həbs müddətində onun səhhəti pisləşib”, - sənəddə qeyd olunur.Turan İA /
 

Google+ WhatsApp ok.ru