Ərəblərin əksəriyyəti İŞİD-in əleyhinədir - SORĞU- YENİLƏNİB

Doha Siyasi Araşdırmalar və Tədqiqatlar Mərkəzi 2015-ci ilin son günlərində Ərəb dünyasında İŞİD terror qruplaşması ilə bağlı ictimayi rəyi öyrənməyə çalışıb və sorğu keçirib. 
Maide.az  Ray al Yavm xəbər portalına istinadən xəbər verir ki, mərkəzin apardığı sorğunun nəticəsində görə Ərəb ölkələrində yaşayan əhalinin 89 faizi İŞİD terror qruplaşmasını pisləyir və ona qarşıdırlar. 
Məlumata görə, sorğuda iştirak edənlərin 7 faizi İŞİD-in tərəfdarı olub.  
İŞİD-in yaranmasında səbəblər haqqında ərəb ölkələrinin əhalisinin 22 faizi düşünür ki, buna səbəb İraq və Suriyadakı qarşıdurmalardır.  11 faiz ifratçı şəxslərin iştirakını, 10 faiz əcnəbi ölkələrin ərəb ölkələrinin işinə müdaxiləsini İŞİD-in yaranma səbəbləri kimi göstəriblər.  
Sorğu12 ölkədə 18 min ərəb arasında keçirilib. 
Araşdırmalar ümumilikdə İŞİD terror qrupuna qarşı ən çox mənfi rəy 99 faizinin livanlılar olduğunu göstərib. Göstəricilər İordaniya və İraqda 97,Tunisdə 96, Səudiyyə Ərəbistanında 95, Küveytdə 90 faiz olub./
 
 
 

 

Google+ WhatsApp ok.ru