Ərəbistanın cənubunda Bəhreynə məxsus F-16 düşdü-FOTO

Səudiyyə Ərəbistanın koalisiyasında Yəmənə təcavüzkar hücumlar edən Bəhreynə məxsus F-16 təyyarəsi Ərəbistanın cənubunda süqut edib. 
Maide.az xəbər verir ki,  Koalisiyanın komandanlığı bəyanat yayaraq F-16 təyyarəsinin düşdüyünü təsdiqləyib. “Bəhreynə məxsus F-16 bu gün səhər texniki nasazlığa görə Cizan bölgəsində süqut edib. Təyyarənin pilotu özünü xilas edə bilib”. 
Bəhreyn ordusu iki gün öncə Səudiyyə Ərəbistanda 3 əsgərinin öldüyünü elan etmişdi. 
Qeyd edək ki, bir müddət öncə Yəmən xalq qüvvələrinin raket hücumu zamanı 86 əcnəbi əsgər öldürülmüşdü ki, ölənlərdən 5 nəfəri Bəhreynli idi.  
Yəmən İnsan Haqları Evinin yaydığı son hesabata əsasən, Səudiyyə və müttəfiqlərinin martın 26-da Yəməndə başlatdığı təcavüzkar hücumlardan indiyənə qədər  5000-dən çox  yəmənli həlak olub, minlərlə  yəmənli isə yaralanıb./
 
 
 
 
 

Google+ WhatsApp ok.ru