“20 Yanvar” metrostansiyası qərənfillərlə bürünəcək

20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar “20 Yanvar” metrostansiyas qərənfillərlə bəzədiləcək. 
 
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.  
 
Nəsimi Paşayevin sözlərinə görə, həmin gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək:
 
“Ənənəvi olaraq hər il həmin gün bütün stansiyalarda faciə yad ediləcək. Metronun “20 Yanvar” stansiyası qərənfillərlə bəzədiləcək və matəm musiqisi səsləndiriləcək. Saat 12:00-da bütün qatarla fit verəcək.Bir dəqiqəlik sükutla faciə qurbanları yad ediləcək”.(oxu.az)

Google+ WhatsApp ok.ru