“Pulumuzu döşəyin altında saxlayırıq” – SORĞU

Azərbaycan vətəndaşlarının əksəriyyətinin saxlamağa pulu yoxdur.
Maide.az xəbər verir ki, bu, fins.az-ın oxucuları arasında keçirilmiş sorğu nəticəsində məlum olub. Qeyd edək ki, ənənəvi sorğuda “Pullarınızı necə saxlayırsınız?” sualı qoyulub.
Sorğuda 1594 nəfər iştirak edib. Onlardan 946-sı və yaxud 59,3%-i saxlamağa pulunun olmadığını bildirib. Rəyi soruşulanların 21,2%-i pulunu dollarda, 0,6% isə avroda saxladığını qeyd edib. Pulunu evdə manatla saxlayanlar isə 6,4% təşkil edib.
 
Sorğu iştirakçılarının 3,6%-i pulunu evdə “döşəyin altında”, 3,5%-i isə bankda əmanət kimi saxladığını bildirib. Fikrini bildirənlərin cəmi 2,8%-i pulunu daşınmaz əmlakda saxladığını bəyan edib. 1% və yaxud 16 respondent pulunu biznesə yatırıb. Pulunu qızıl-zinyət əşyalarında saxlayanların və sələmə verənlərin sayı isə eyni olub hərəyə 0,8%./
 

Google+ WhatsApp ok.ru