İƏT-ə üzv ölkələrin Səhiyyə Məhsullarının 3-cü Sərgisi Mərakeşdə keçiriləcək

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrinin Səhiyyə Məhsullarının 3-cü sərgisi Mərakeşin Kasablanka şəhərində təşkil olunacaq. 
Maide.az xəbər verir ki, sərgi İslam Əməkdaşlığı Təşkilatının (İƏT) üzv-ölkələri arasında ticarətin və investisiyaların təşviq edilməsi məqsədilə həyata keçirilir. 
Sərgi 24-27 mart 2016-cı il tarixlərində Mərakeşdə yerləşən OFEC təşkilatının Sərgi Mərkəzində keçiriləcək. Sərgi  17-ci Beynəlxalq Səhiyyə Sərgisi zamanı keçiriləcək. 
Sərgidə tibbi avadanlıqların istehsalı sahəsində çalışan şirkətlər, dərman preparatları istehsalçıları, xəstəxana avadanlıqları məhsulalrı nümayiş olunacaq. 
Sərgidə Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr də iştirak edəcəklər. /
 

Google+ WhatsApp ok.ru