Əcnəbi işçi qüvvəsi ölkədə azaldılır

Ötən il Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan 26 min 567 şəxs tərəfindən inzibati qanunvericiliyin pozulması halı aşkar edilib və müvafiq tədbirlər görülüb.
Oxu.Az xəbər verir ki, bu sözləri 2015-ci ilin yekunlarına və bu il qarşıda duran vəzifələrin icrasına həsr olunmuş xidməti müşavirədə qurumun rəisi Firudin Nəbiyev deyib.
O bildirib ki, daxili əmək bazarının qorunması kimi mühüm missiyanı yerinə yetirən Dövlət Miqrasiya Xidməti əcnəbi işçi qüvvəsindən istifadənin qanuna müvafiq olaraq tənzimlənməsi istiqamətində ardıcıl tədbirləri davam etdirir.
“Xidmət Azərbaycanın inkişafından ilk növbədə ölkə vətəndaşlarının bəhrələnməsinin təmin olunması üçün əcnəbilərin haqqı ödənilən əmək fəaliyyətinə yalnız müəyyən edilmiş kvota çərçivəsində cəlb edilməsinə dövlət nəzarətini həyata keçirir. Neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə nəzarət gücləndirilir. Qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparılır.
Ötən il ölkədə qalma müddətinə müvafiq olaraq Azərbaycana girişi qeydə alınmış əcnəbilərdən 670 min 326 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb”, - deyə F.Nəbiyev müşavirədə səsləndirib. /

Google+ WhatsApp ok.ru