“İnsan əməllərinə Quranın fəlsəfi baxışı” adlı elmi seminar keçirilib

Gürcüstan Əhli beyt (ə) cəmiyyətinin Hüseyniyyəsində Gürcüstan Əhli-Beyt (ə) cəmiyyəti və onun nəzdində fəaliyyət göstərən Əhli Beyt (ə) Aşiqləri formu və Zeynəb (s.ə) Qadınlar Birliyinin təşkilatçılığı ilə “İnsan əməllərinə Quranın fəlsəfi baxışı” adlı elmi seminar keçirilib. 
 
Elmi seminar Əhli Beyt məddahı Rza Cəfərinin Quran tilavəti ilə açıq elan olunub. Sonra məclisin aparıcısı Elçin Daşdanzadə Əhli Beyt (ə) Aşiqlər Formunun bölgədə olan əhəmiyyət və xidmətlərindən danışaraq, forumun illik hesabatına toxunub və söhbətinin sonunda Əhli Beyt (ə) Aşiqlər Formunun xidmət göstərən üzvlərinə o cümlədən forumda olan ruhanilərə, Ağsaqqallar Şurasının üzvləri və Zeynəb (ə) Qadınlar Birliyinə təşəkkürünü çatdırıb. 
 
Daha sonra İslam alimi Məhəmməd Baqir Sayvər “İnsan əməllərinə Quranın fəlsəfi baxışı” mövzusunda söhbət edib. O, söhbətində Quran ayələri və əqli dəlillərə əsasən vurğulayıb ki, insanın əməlləri elə insanın özündə bükülüdür, yəni batini məlum olmayan şəkildədir və Qiyamət günü insanın özü vasitəsi ilə əməllərinin həqiqəti açıqlanar.
 
 

Google+ WhatsApp ok.ru