Əfqanıstan hökuməti `Taliban`la danışıqlara hazır olduğunu bəyan edib

Əfqanıstan hakimiyyəti "Taliban"la sülh danışıqlarına başlamağa hazır olduğunu bəyan edib. Maide.az-ın məlumatına görə, bunu Çində səfərdə olan Əfqanıstan xarici işlər naziri Salahuddin Rəbbani bu barədə məlumat verib. Onun sözlərinə görə hökumət "Taliban" nümayəndələrini danışıqlara dəvət edib: "Göründüyü kimi problemin hərbi yolla həlli mümkün deyil, yalnız sülh yolu ilə tənzimlənə bilər".

"Qonşu Pakistandan da sülh prosesinin dəstəklənəcəyi ilə bağlı təminat almışıq. Biz danışıqların dərhal bərpa edilməsini istəyirik", - deyə S. Rabbani Çin xarici işlər naziri Van İ ilə keçirdiyi birgə brifinqdə əlavə edib.

Google+ WhatsApp ok.ru