“Charlie Hebdo” daha təhlükəlidir, yoxsa Salman Rüşdü?

İslam dünyasında 'zərərli' və 'daha zərərli' kateqoriyalarına çox az diqqət edilmişdir. Hər nə qədər müsəlmanların dini dəyərlərin aşağılanması və İslamofobiyaya qarşı aksiya keçirmələri zəruri isə, İslam düşmənlərinin müxtəlif hərəkətlərini ayırd etmək üçün bu mövzuya diqqət yetirmək də bir o qədər zəruridir. Yəni düşüncəyə söykənərək əhəmiyyətli və daha əhəmiyyətlini, həmçinin təhlükəli və daha təhlükəlini kateqorik olaraq biri-birindən seçməyi bacarmalıyıq.
 
İslam düşmənləri, xüsusilə də Qərb,müxtəlif üsullarla İslamı və dini dəyərləri təhrif etmək və aşağılamaq üçün müxtəlif cəhətlərə ciddi səylər göstərirlər. Onlar İslamofobiyanın yayılması və İslamı qaralamaqda əllərindən gələni əsirgəmirlər.
 
Salman Rüşdi kimi şəxslərin kitablarına qarşı Ərəb dünyasının qəribə səssizliyinə baxmayaraq, onların "Charlie Hebdo” kimi təhqir məzmunlu jurnallara qarşı keçirdikləri aksiyaları nəzərə aldığımızda Ərəb dünyasının nəyin 'zərərli' və nəyin "daha zərərli" olmasını dərk etməkdə aciz olduğu aşkar şəkildə ortaya çıxır.
 
Əlbəttə, Ərəb dünyasının səssizliyini tam olaraq təkcə 'zərərli' və 'daha zərərli' kateqoriyalarını dərk etməməkdə axtarmaq bəlkə də yanlış fikir olardı, çünki bu cür məsələlərdə ölkələrin siyasi maraqlarını da nəzərdən qaçırmaq olmaz.
 
Ərəb dünyasının tutduğu səhv mövqelərdən biri də Salman Rüşdinin Frankfurt Kitab Sərgisinə dəvət edilməsinə laqeyd yanaşması idi. Necə ola bilər ki, İslam və dini prinsiplərə qarşı təhqir və hörmətsizlik ehtiva edən karikaturaların nəşrinə reaksiya göstərən İslam aləmi, xüsusilə də Ərəb dünyası, Salman Rüşdi kimi şəxsiyyətlər tərəfindən küfr mədəniyyəti və düşüncəsinin yayılmasına qarşı səssiz qalsınlar?!
 
Bunu da nəzərə almaq lazımdır ki, kitab uzun müddətdə fotoşəkil və ya karikaturdan daha təsirlidir. Bu cür kitaplar gənc nəsillərin zehinlərində düzəlməz ziyanlar meydana gətirə bilər. İslam əleyhində olan kitablar ayrıca küfr mədəniyyəti və düşüncəsinin inkişafı ilə səhv məktəblərin meydana gəlməsinə səbəb ola bilər.
 
Bu dövrdə müsəlmanlar hər zamankından daha çox Qurani-Kərimin təlimlərinə müraciət etməlidir. Gəncləri çaşdırmaq və yanıltmaq məqsədi ilə nəşr edilən kitablar təhqir məzmunlu karikatur və şəkillərə nisbətən daha təhlükəlidir.
 
Müsəlmanlar gerçək İslam düşüncəsinə söykənən kitablarları nəşr etməklə təkfirçi və ifratçı cərəyanlarla da mübarizə edə bilərlər.
 
Görəsən, saxta Vəhhabilik əqidəsinə vaxtında diqqətlə yanaşaraq lazım olduğu kimi onunla mübarizə edilsəydi, bu gün dünya və regionda terrorist təkfirçi qrupların fəaliyyətinə fürsət qalardımı?
 
Müsəlman ölkələrin də iştirak edəcəyi bir kitab sərgisində cıxış etmək üçün Salman Rüşdinin dəvət edilməsinə baxmayaraq, İran islam Respublikası istisna olmaqla digər müsləman ölkələrin bu hadisə qarşısında sakit dayanmasından daha kədər verici nə ola bilər!?
 
Görəsən, Ərəb dünyasının anlayış və baxış açısına görə təhqir məzmunlu karikaturalar müsəlmanların ruhuna küfr mədəniyyətini hopdurmağa çalışan kitablardan dahamı təhlükəlidir?
 
Bəzi Ərəb ölkələri insanlara həqiqi İslamı tanıtmaq istiqamətində Məcid Məcidinin rejissorluğu ilə çəkilmiş "Məhəmməd (s) Allahın Elçisi"filmini heç bir dəfə də görmədən müxtəlif bəhanələrlə mənfi mövqedə dayanmışdılar. Necə olur da həmin Ərəblər Salman Rüşdi kimi bir şəxsiyyətin fəaliyyəti qarşısında səssiz qalırlar? Görəsən, "Şeytan ayələri” kitabının müəllifi Salman Rüşdidən başqasıdırmı?!(iqna)

Google+ WhatsApp ok.ru