Əməliyyatdan əvvəl bunları etmək olmaz! - DİQQƏT

Xəstəxanaya getməzdən və əməliyyatdan əvvəl nə etməli olduğunuzu bilirsiniz?
 
İngiltərənin sağlamlıq sistemlərinin apardıqları araşdırmalardan məlum olub ki, hər 10 cərrahiyyə əməliyyatından biri xəstə təlimatları yerinə yetirmədiyinə görə təxirə salınır. Bu təlimatları yerinə yetirməmək xəstənin sağlamlığını risl altına alır. 
 
Təraş olmaq
 
Əməliyyatdan əvvəl bədənin hər hansı yerini təraş etmək mikroskopik kəsik və qıcıqlanmaya səbəb olduğu üçün dərinin infeksiyalara qarşı yaratdığı təbii müdafiəni zəiflədir. Təraş edilən zaman meydana gələn mikroskopik kəsiklərdə virus və bakteriyalar əməliyyat zamanı açıq yaralarla birləşə bilər. Mütəxəssislər əməliyyata bədəni təmiz getmək istəyənlərə bir neçə gün əvvəldən təraş edilməyi məsləhət görür. Misal üçün, cərrahiyyə əməliyyatından bir həftə, ya 10 gün əvvəl təraş edilməlidir. Bu müddətdə isə dəri tamamilə sağalmalıdır. Digər halda isə əməliyyatdan dərhal əvvəl, yəni dəri infeksiya qəbul etməyə imkan tapmamış təraş edilmək olar.
 
Arıqlamaq
 
Əməliyyatdan əvvəl qəfil arıqlamaq əməliyyatdan sonra sağalma müddətini uzadır və fəsadların yaranma riskini artırır. Pəhriz saxlanılsa belə, əməliyyatdan ən azı 5 gün əvvəl kalori azaltmağa sonlandırmaq lazımdır.
 
Qanı duruldan qidalar yemək və dərman atmaq
 
Həkim bildirir ki, infarkt riskinin qarşısını almaq üçün əməliyyatdan əvvəl qan duruldan dərmanlardan imtina etmək lazımdır. Çünki bu dərmanlar qanın laxtalanmasına mane olduğu üçün qanama riskini artırır. Qanı duruldan təsirə malik zəncəfil və sarımsaq kimi qidalar da yeyilməməlidir. Bu qidalar da qanama riskini artırır və əgər yemək məcburiyyətində qalmısınızsa, bunu mütləq həkiminizə bildirməlisiniz.
 
Saqqız çeynəmək
 
Həkimlər əməliyyatdan əvvəl qatı yeməklər yeməməyi məsləhət görür. Bununla yanaşı, mədənin boş olması da vacibdir. Bəzi xəstələr saqqız çeynəyərək aclıq hissinə qalib gəlməyə çalışır. Saqqız çeynəyən zaman mədə turşusu qida gəldiyini zənn etdiyi üçün artır. Narkoz zamanı mədə-bağırsaq kanalındakı əzələlər gərildiyi üçün qusma halları baş verə bilər. Əməliyyatdan əvvəl həkimin qidalanma ilə bağlı məsləhətlərinə mütləq əməl etmək lazımdır.
 
Manikür etdirmək və lak çəkmək
 
Xəstəxanaya getməzdən əvvəl bəzi xəstə xanımlar baxımlı və səliqəli görünmək üçün manikür etdirir və ya dırnaqlarına lak çəkir. Bu kimi hallar əslində həkimlərin işini çətinə salır. Həkimlər xəstənin qanındakı oksigen səviyyəsini ölçmək üçün istifadə etdikləri ölçü alətlərini barmaqlara taxırlar. Dırnaqlarda lakın olması isə düzgün ölçü götürməyə mane olur. Buna görə də lak mütləq silinməlidir. Manikür etdirmək də təraş edilmək kimi, kəsik və ya infeksiya qəbul etmə riskini artırır”.
 
Siqaret çəkmək
 
Həkimlər siqaret çəkməyin əməliyyatdan sonra sağalma müddətini uzatdığını vurğulayırlar. Əməliyyatdan ən azı bir gün əvvəl siqaret çəkməyə son qoymaq lazımdır. Bundan başqa, siqaret çəkmək öskürəyə səbəb olduğu üçün sinədə infeksiya yaranma riskini artırır.(lent.az)

Google+ WhatsApp ok.ru