“Zika” virusuna görə dünyada fövqəladə vəziyyət elan olundu

Ümumdünya Səhiyyə Təşkilatı  Mərkəzi və Cənubi Amerikada "Zika" virusunun geniş yayılmasına görə, dünyada fövqəladə vəziyyət elan edib. 
Maide.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı  Mərkəzi və Cənubi Amerika ölkələrindən istəyib ki, “Zika” virusu ilə bağlı hər bir detalı  Ümumdünya Səhiyyə Təşkilatına bildirsin. 
Ümumdünya Səhiyyə Təşkilatı  dünya ölkələrini kordinasiyalı şəkildə bu virusla mübarizəyə çağırıb. 
Reuters agentliyi məlumat verib ki, Braziliya hökuməti elan edib ki, Zika virusunun yayılması düşündüyümüzdən daha pisdir. 
Qeyd edək ki, bu virus əsasən ağcaqanadlar vasitəsilə və immuniteti zəif olan insanlar arasında yayılır, əsəb sistemini sıradan çıxarır və beyini inkişafdan saxlayır.
Məlumatlara görə, virus Karib hövzəsi və Latın Amerikasında yeni doğulmuş körpələrdə ağır fəsadlara səbəb olub. Xüsusilə də Braziliyada.
2015-ci ilin oktyabrında Braziliyada 3 900 yoluxma halı aşkar edilib.
Amerikalı alimlər epidemiya təhlükəsi olduğunu xəbərdarlıq ediblər.
Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, gələn il Mərkəzi və Cənubi Amerikada 3-4 milyon nəfər bu virusa yoluxa bilər.
Hələlik "Zika" virusuna qarşı elə bir peyvənd və ya dərman tapılmayıb.
Virus xüsusilə hamilə qadınlar üçün təhlükəlidir.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı fevralın 1-də xüsusi ekspertlərin iştirakı ilə "Zika" virusuna görə fövqəladə iclas təyin etmişdi/
 

Google+ WhatsApp ok.ru