“Donuz qripi” təhlükəsi ilə bağlı 471 məktəb, 417 uşaq bağçası dezinfeksiya olunub

““Donuz qripi” təhlükəsinə qarşı 471 məktəb və 417 uşaq bağçasında dezinfeksiya işləri aparılıb”. Bunu APA-ya açıqlamasında Bakı Şəhər Dezinfeksiya Stansiyasının baş həkimi Akif Məmmədov deyib.
 
O bildirib ki, məktəb və bağçalarda dezinfeksiya işləri ötən həftənin sonunda başa çatdırılıb.
 
Baş həkim qeyd edib ki, dezinfeksiya işləri Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdəki məktəb və bağçalarda aparılıb.

Google+ WhatsApp ok.ru