“iPhone 5” partladı: 1 nəfər öldü

Britaniyanın Redinq şəhər sakini Marek Kryuqer “iPhone 5” telefonunun batareyasının qızması nəticəsində baş verən yanğında ölüb.
 
Məlumata görə, Marek beyin xərçəngindən əziyyət çəkirdi və çarpayıdan qalxa bilmirdi. Öz “iPhone”nu o həmişə çarpayısının yanına qoyurdu, və çox zaman telefonu lazım olmadan “zaryadka”da saxlayırdı.
 
Son dəfə Kryuqer telefonunu ədyalın üstünə qoyub, telefonun batareyası qızıb və nəticədə yanğın baş verib. 
 
Həkimlərin hesabatına görə, Marekin bədənin 64%-i yanıb və o, tüstüdən boğulub.  /

Google+ WhatsApp ok.ru