“Məhəmməd Rəsulullah (s)” filmi İraqda böyük rəğbət qazanıb

Film İraqın digər şəhərlərində də nümayiş olunacaq

Dünya kinematoqrafiyasının ən son şedevri “Məhəmməd Rəsulullah (s)” filminə dair xəbərlər dünya mediasının gündəmində yerini saxlamaqda davam edir.
Maide.az xəbər verir ki, "Məhəmməd Rəsulullah (s)" filminin beynəlxalq nümayişləri çərçivəsində bu həftənin bazar və birinci günləri film İraqın Bağdad mərkəzi teatrında nümayiş olunub. 
Filmin nümayişindən sonra İraqın mədəniyyət naziri Fəryad Ravandzi “Məhəmməd Rəsulullah (s) filminin İraqın digər şəhərlərində o cümlədən Kürdüstanda da  nümayiş etirilməsini istəyib. 
O deyib ki, biz filmin İraqın digər şəhərlərində də nümayiş etdirilməsi üçün filmin rejissoru Məcid Məcidi ilə danışıqlar aparmışıq. 
 
İraq ərəb ölkələri arasında ilk ölkədir ki, film orada nümayiş olunub. Filmin nümayişi bu ölkənin əhalisi, rəsmiləri və Əhli –Sünnə alimləri tərəfindən böyük maraqla izlənilib. /
 
 
 

Xəbərlərimizi Maide.az-ın facebook səhifəsində də izləyə bilərsiniz.

 

Google+ WhatsApp ok.ru