Əl-Əqsada qılınan cümə namazında on minlərlə fələstinli iştirak edib

Sionist İsrail rejiminin güclü təhlükəsizlik tədbirlərinə baxmayaraq  ötən  gün əl-Əqsa məscidində qılınan cümə namazında on minlərlə fələstinli iştirak edib.
 
Maide.az xəbər verir ki, Fələstin xəbər agentliyinin verdiyi məlumata görə, 60 mindən çox fələstinli ötən gün əl-Əqsa məscidində qılınan cümə namazında iştirak edib.
 
Bir neçə gündür  İsrail hərbçiləri əl-Əqsa məscidini tam olaraq mühasirəyə alaraq, təhlükəsizlik tədbirlərini gücləndiriblər.
 
Digər tərəfdən, yüzlərlə fələstinli fəal İsrail zindanlarında əsir olan fələstinli jurnalist Məhəmməd əl-Qiq ilə həmrəylik məqsədi ilə, əl-Əqsa məscidində aksiya keçirib.
 
Bu fələstinli əsir 80 gündür ki, həbs edilməsinə etiraz olaraq, aclıq aksiyasına başlayıb. Jurnalistin vəziyyəti ağır elan edilib.  /

Google+ WhatsApp ok.ru