“Donuz qripi” ilə bağlı sərhəd yoxlamaları

Azərbaycan-Rusiya sərhədində 2 minə yaxın insan ölkəyə gəlməkdə çətinliklə üzləşib.
 
Buna Dağıstanda yayılan "donuz qripi" ilə bağlı aparılan ciddi yoxlamaların səbəb olduğu bildirilir. Xəbəri “Report” yayıb.
 
Rusiyadan  gələn insanlar Dağıstanın Yaraq Qazmalar buraxılış məntəqəsini asanlıqla keçdiklərini, yalnız Azərbaycan tərəfdə çətinliklə üzləşdiklərini qeyd ediblər. Onlar soyuq hava şəraitində 10 saatdan çoxdur sərhəddə qaldıqlarını bildiriblər /

Google+ WhatsApp ok.ru