“Məhəmməd Rəsulullah (s)” filmi tezliklə Azərbaycanda nümayiş olunacaq

Dünya kinematoqrafiyasının ən son şedevri “Məhəmməd Rəsulullah (s)” filmi yaxın  2 ay ərzində Azərbaycanda  nümayiş olunacaq. Bunu Maide.az-a açıqlamasında İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi  deyib. 
 
İ.İbrahimi deyib ki, hazırda Azərabycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kino şöbəsi ilə “Məhəmməd Rəsulullah (s)” filminin Azərbaycanın müxtəlif şəhərlərində o cümlədən Bakı, Gəncə, Masallı, Lənkəran və digər şəhərlərin kino zallarında nümayişi ilə bağlı danışıqlar aparırıq”
 
O deyib ki, düşünürəm ki,  “Məhəmməd Rəsulullah (s)” filmi  Azərbaycan tamaşaçılarının böyük rəğbətini qazanacaq. "Çalışırıq ki, yaxın 2-3 ay ərzində filmin Azərbaycanda təqdimatını keçirək. Filmin rejissoru Məcid Məcidi ilə də danışıqlar aparmışıq və Məcidi özü filmin təqdimatında iştirak etmək üçün Azərbaycana səfər edəcək”. / 
 

Google+ WhatsApp ok.ru