İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin iclası - Cakartada

İndoneziyanın paytaxtı Cakartada  Islam Əməkdaşlıq  Təşkilatınaüzv ölkələrin xarici işlər nazirlərinin fövqəladəiclası keçirilir.
 
Maide.az xəbər verir ki,  fövqəladə iclasda  “Fələstin və Qüdse –Şərif”  məsələsi müzakirə olunacaq.
İclasda  54 İslam ölkəsindən  nümayəndə heyəti iştirak edir. Bundan başqa bir sıra beynəlxalq təşkilatların nümayəndələri iclasa qatılıb. 
 
İclas  Fələstin özünü idarəetmə Təşkilatının  prezidenti Mahmud Abbasın çağırışı ilə keçirilir. İki gün keçiriləcək iclasda  İƏT-ə üzv ölkələrin Fələstin və Qüdsə yardımları,  Fələstin ərazilərində  ağır iqtisadi durumun aradan qaldırılması yollarını müzakirə edəcəklər.
 
Qəzza zolağının işğalçı İsrail rejimi tərəfindən  mühasirədə saxlanılması və  İƏT-in bu sahədə öhdəlikləri və görəcəyi işlər də müzakirə olunacaq digər önəmli məsələlərdəndir. 
 
İclasda həmçinin işğalçı rejimin yeni qəsəbələr salması və fələstinlilərə qarşı yürütdüyü siyasətlər müzakirə olunacaq. 
Məlumata görə, iclasın ikinci günündə  İƏT-ə üzv ölkələrdən 10-nun prezidenti iclasa qatılacaq. /
 

Google+ WhatsApp ok.ru