Şəxsiyyət vəsiqələrinin verilməsi, sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir

Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir. Nazirliyin mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, növbəti belə tədbirlər Neftçala və Tərtər, həmçinin paytaxtın Binəqədi, Qaradağ, Xəzər rayonlarının polis şöbə və idarələrinin müvafiq qurumlarının əməkdaşlarının da iştirakları ilə həmin rayonlarda baş tutub. 
 
Keçirilmiş səyyar xidmətlər zamanı Binəqədi rayonunda 188, Müşfiqabad qəsəbəsində 383, Biləcəri qəsəbəsində 740, Şüvəlan və Binə qəsəbələrində 330, eyni zamanda, Neftçala rayonunda 92, Tərtər rayonunun Qapanlı və Yuxarı Qaradağlı kəndlərində 250 vətəndaşın, ümumilikdə, 2 minə yaxın vətəndaşın müvafiq sənədləri qəbul edilib. 
 
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

Google+ WhatsApp ok.ru