Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək 10 Mart 2016 02:00 Siyasət Gürcüstan prezidenti Georgi Marqelaşvili bu gün IV Bakı Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək. Bu barədə Gürcüstanın Prezident Administrasiyasının məlumatında bildirilir. Məlumata görə, G.Marqelaşvili Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi “Çoxqütblü dünyaya doğru” mövzusunda keçiriləcək IV Qlobal Bakı Forumunda 70-dən çox ölkənin hazırkı və sabiq liderlərinə müraciət edəcək. Həmçinin bildirilir ki, prezident çıxışı zamanı regionda mövcud çağırışlar, Qərb və Şərq münasibətləri, regionda layihələr, Gürcüstanın investisiya yatırımı baxımından cəlbediciliyi və Gürcüstan ərazilərinin işğaldan azad edilməsi mövzularına diqqət yönəldəcək. Gürcüstan prezidenti Bakıda Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşəcək. Həmçinin onun digər ölkə prezidentləri ilə də təkbətək görüşləri planlaşdırılıb. Teqlər : #Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AŞPA Azərbaycanda insan hüquqları üzrə yeni məruzəçi təyin edib Yuşşenko: `Bütün münaqişələr əvvəl yaradılır, sonra isə dondurulur`
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video