“Məhəmməd Rəsulullah (s)” filmi Tacikistanda nümayiş olunacaq

Tacikistan Kinematoqrafçılar  Birliyinin sədri  Səfər Haqdadov deyib ki, biz həmişə “Məhəmməd Rəsulullah (s)” filminin ölkə  kino zallarında nümayişini  səbirsizliklə gözləmişik.
 
Maide.az xəbər verir ki,  S.Haqdadov  deyib ki, Tacikistan həmişə İran kinolarından bəhrələnir. “Ölkədə hər il 100 film nümayiş olunarsa əminliklə deyə bilərəm  ki,bu  filimlərin yarısı İran kinosudur.”.
 
O, yaxın  vaxtlarda  Tacikistanda  İran qısa və uzun  metrajlı filim, cizgi filmi və seriyallarının  festivalı  keçiriləcəyini bildirib  və deyib ki, ümid edirəm cənab Məcidi  də öz filmi ilə bu festivalda  iştirak edəcək.
 
S.Haqdadov İran və  Tacikistan Kinematoqrafçıların müştərək təlim seminarlarının da keçiriləcəyini də vurğulayıb. /
 
 

Google+ WhatsApp ok.ru