“Manatla kredit vermək banklara sərf eləmir”

Azərbaycanda manatın məzənnəsi sabitləşsə də, kommersiya bankları hələ ki, əhaliyə milli valyutada kredit verə bilmir. Bunu açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
 
Onun sözlərinə görə, manatla kreditləşmənin genişlənməsi üçün bankların cəlb etdiyi vəsaitlərin manatla olması vacibdir: “Banklardakı əmanətlərin böyük hissəsi dollarladır. Xarici valyutada cəlb edilmiş vəsaiti milli valyutada kredit kimi vermək düzgün deyil, çünki, bu, bankın valyuta mövqeyi ilə bağlı normativə ziddir. Odur ki, kreditlər daha çox dollarla təklif olunur”.
 
Zakir Nuriyevin fikrincə, Azərbaycanda kreditləşmənin getdikcə zəifləməsi təkcə bankların dollarla kredit təklif etməsi ilə bağlı deyil:
 
 
“Doğrudur, ölkədə aktiv kreditləşmə yoxdur, amma bunun səbəbi daha çox iqtisadi aktivliyin zəifləməsi, kreditə tələbatın azalmasıdır”. azadliq/
 

Google+ WhatsApp ok.ru