“Azərsu” cəzaçəkmə müəssisəsinin suyunu kəsib

Bir neçə gündür ki, 13 saylı cəzaçəkmə müəssisəsində su yoxdur. Bu barədə “Azadlıq”a həmin müəssisədə saxlanılan məhbusların yaxınları məlumat verib.
 
Onların sözlərinə görə, susuzluq nəticəsində cəzaçəkmə müəssisəsində antisanitariya şəraiti hökm sürür. Ən pisi budur ki, vəziyyətin hələ nə qədər belə davam edəcəyi bilinmir.
 
Məlumata görə, cəzaçəkmə müəssisəsinin suyunun kəsilməsinə səbəb “Azərsu” ilə Penitensiar Xidmət arasında borc qalmaqalıdır. Penitensiar Xidmət su pulunu ödəmədiyindən “Azərsu” su verməkdən imtina edir.
 
 
Məlumat redaksiyamıza axşam saatlarında daxil olduğundan Penitensiar Xidmətin yaranmış problemlə bağlı mövqeyini öyrənə bilmədik. azadliq.info /
 

Google+ WhatsApp ok.ru