Əlillərlə gömrükçülər arasında narazılıq

Aprelin 8-də Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” postunda əlillərlə gömrük işçiləri arasında narazılıq yaşanıb.
 
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA”ya verilən məlumata görə, buna həmin əlillərin rüsum ödəməkdən imtina etmələri səbəb olub.
 
Mətbuat xidməti bildirib ki, həmin şəxslər minik avtomobilləri ilə Gürcüstandan Azərbaycana kommersiya məqsədi ilə meyvə-tərəvəz gətirirlərmiş. Onların avtomobillərinə baxış keçirilib: 
 
“Yoxlama zamanı gömrükçülər hər bir avtomobildə 80-100 kiloqram meyvə-tərəvəzin olduğunu müəyyən edib . Minik avtomobillərinin sahiblərinə qanunvericiliyin tələbləri barədə məlumat verərək, onlardan dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarının ödənilməsini tələb ediblər. Ancaq həmin avtomobillərin sürücüləri gömrükçülərin tələblərinə məhəl qoymadan kütləvi şəkildə vergi və rüsumlarını ödəməkdən imtina ediblər. Üstəlik, həmin şəxslər vəzifə borcunu yerinə yetirən gömrük orqanı əməkdaşlarına qarşı qeyri-etik davranışlar nümayiş etdirməklə asayişi pozmağa çalışıblar.”
 
Mətbuat xidmətinin bildirməsinə görə, asayişi bərpa etmək məqsədilə Tovuz Gömrük İdarəsinin rəhbərliyi əraziyə hüquq-mühafizə orqanlarının nümayəndələrini dəvət edib.
 
Oxşar problem bundan əvvəl də bir neçə dəfə “Sınıq Körpü” gömürk postunda yaşanıb.
 
O zaman əllilər bildirmişdilər ki, onların ölkəyə gətirdikləri mallar qanunsuz olaraq əllərindən alınıb.
 
Əlillər protezlərini çıxararaq aksiya da keçirmişdilər.
 
Hətta Qazax rayonundan olan bir qrup Qarabağ əlili onda pratezlərin çıxararaq etiraz aksiyası keçirmişdilər. Qarabağ əlilləri onda deyirdilər ki, gömrükdə onlardan rüsum yox rüşvət tələb ediblər.Həmin vaxt da, gömrük işçiləri əraziyə hüquq mühafizə orqanlarınç çağırmışdılar.
Sonuncu belə bir aksiya ötən ayın 2-də Qazaxda keçirilmişdi./

Google+ WhatsApp ok.ru