İƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə təmas qrupu yaradır

"İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə təmas qrupu yaradır".
 
Maide.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edərkən deyib. 
Təmas qrupunun yaradılması barədə qərar təşkilatın ekspertləri səviyyəsində qəbul edilib.

M.Çavuşoğlu bildirib ki, İƏT bu münaqişənin nizamlanmasına öz töhfəsini verməlidir.

Türkiyənin XİN rəhbəri təşkilata üzv ölkələri təmas qrupuna qoşulmağa çağırıb.

O, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bu yaxınlarda vəziyyətin gərginləşməsinə toxunan M.Çavuşoğlu vurğulayıb ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı davam etdikcə toqquşmalar baş verəcək: "Münaqişə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri, ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalıdır".

 

Google+ WhatsApp ok.ru