“Məhəmməd Rəsulullah (s)” filminin rejissoru: Film tezliklə Azərbaycanda nümayiş olunacaq

“Məhəmməd Rəsulullah (s)” filmi tezliklə Azərbaycanda  və bölgənin digər ölkələrində nümayiş olunacaq. Bunu Maide.az-a  açıqlamasında dünya kinematoqrafiyasının ən son şedevri “Məhəmməd Rəsulullah (s)” filminin  rejissoru Məcid Məcidi deyib. 
 
M.Məcidi deyib ki, mən sevinirəm ki, Peyğəmbərin (s) həyatı haqqında çəkdiyim filim Azərbaycan tamaşaçılarının böyük rəğbətini qazanıb. “Çalışırıq ki, filmi tezliklə Azərbaycanda  və  digər qonşu ölkələrdə  nümayiş etdirək. Hazırda bu sahədə işlər gedir və film Azərbaycan tamaşaçısının  nümayişi üçün hazırlanır." 
 
Qeyd edək ki,bundan öncə İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi Maide.az-a demişdi ki,  çalışırıq ki, yaxın 2-3 ay ərzində filmin Azərbaycanda təqdimatını keçirək. Filmin rejissoru Məcid Məcidi ilə də danışıqlar aparmışıq və Məcidi özü filmin təqdimatında iştirak etmək üçün Azərbaycana səfər edəcək”.  
 
 
 
 

Google+ WhatsApp ok.ru