“Ermənistan Lavrovun təklifinə “yox” deyb”

“Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan rəhbərliyi ilə nəticəsiz danışıqları Qarabağ münaqişəsinin dinc yolla həllinin üstündən xətt çəkib”.
 
Maide.Az xəbər verir ki, bunu Azadlıq Radiosuna politoloq Zərdüşt Əlizadə deyib. Onun sözlərinə görə, belə bir vəziyyətin yaranmasının səbəbi çox sadədir: “S. Lavrovun 5 rayonun qaytarılması təklifinə Ermənistan “yox” deyib".
 
Z. Əlizadə deyir ki, Ermənistan rəhbərliyi 10 illər yürütdükləri siyasətin girovuna çevriliblər. Xalqı inandırıblar ki, bu torpaqlar onlarındır: “İndi durub deyə bilməzlər ki, ay millət, məsələ bir az başqa cürdür, torpaqlar bizim yox, Azərbaycanındır. Ona görə də S. Lavrova mücbət cavab verə bilməyiblər”.
 
Z. Əlizadə Qarabağ münaqişəsi ilə bağlı özünün gələcəyə yönəlik təxminlərini də dilə gətirib. Bildirib ki, Ermənistan rayonlardan çıxmalıdır, bu olmasa yeni hərbi əməliyyatlar qaçılmazdır: "Bu əməliyyatlarda yenə də bir qədər hərbçi itirdikdən sonra, Ermənistanda hakimiyyət əleyhinə xalq etirazları başlayacaq. Ya da 1996-cı ildə hərbçilər Levon Ter-Petrosyanı hakimiyyətdən devirdikləri kimi indi də Sarksiyanı devirəcəklər. İstənilən variantda Ermənistanı xoş bir şey gözləmir”.
 
Z. Əlizadə onu da qeyd edib ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyində maraqlı deyil. /

Google+ WhatsApp ok.ru