“Azərpoçt” MMC-nin filialında oğurluq –Pul və sənəd olan seyf aparılıb 28 Aprel 2016 01:00 Hadisə Zaqatalada “Azərpoçt” MMC-nin filialı qarət olunub. Rayonun Muğanlı kənd sakinlərinin verdiyi məlumata görə, aprelin 27-də gecə saatlarında “Azərpoçt” MMC-nin kənd ərazisində fəaliyyət göstərən filialı naməlum şəxslər tərəfindən yarılıb. Zaqatala rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, hələlik kimliyi müəyyənləşdirilməmiş şəxs və yaxud şəxslər filialdan içərisində 480 manat və sənədlər olan seyfi oğurlayıblar. Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır. / APA.az Teqlər : #Azərpoçt MMCnin filialında oğurluq –Pul və sənəd olan seyf aparılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İcra başçısı: «Tərtərdə 51 evə ziyan dəyib» Gəncədə dərmandan zəhərlənən qadın vəfat edib