Ələt-Astara magistral yolunun gələcəkdə ödənişli olacağı təqdirdə taksi və avtobus sürücülərinə güzəştlər olacaqmı?

"Bir çoxları elə başa düşür ki, yeni tikilən Ələt-Astara magistral yolu açılacaq, mövcud yol (dədə-baba yolu- red) yaddan çıxaraq, bərbad vəziyyətdə qalacaq"

Bu sözləri Maide.Az-a açıqlamasında "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli yeni tikilən Ələt-Astara magistral yolunun gələcəkdə ödənişli olacağı və bu təqdirdə sərnişin daşımaların qiymətinin artıb-artmaması sualına cavab verərkən deyib . Onun sözlərinə görə, yeni tikilən magistiral yolla bahəm, indiki mövcud yol da təmir olaraq, sürücüərin öhdəçiliyinə veriləcək:

"İlk əvvəl, biz nəzərdə tutulan Ələt-Astara magistral yolunu təmir edib, 2017-ci ilə kimi sürücülərin öhdəsinə təhvil verəcəyik. Bundan sonra hazırki yolu təmirə dayandırılacaq. Ödənişli yolla hazırki yolun keyfiyyətində heç bir fərq olmayacaq. Bir fərq olacaq, o da yeni yol yaşayış məntəqlərinə girməyəcək, bağlı olacaq və kiçik yaşayış məntəqləri ilə heç bir əlaqəsi olmayacaq. Yalnız rayon mərkəzlərindən və şəhərlərdən bu yola giriş imkanı olacaq ki, orda da şlaqbaum qoyulacaq. Bu isə yolda sürətin 110-120 kilometr/saat səviyyəsində saxlamağa imkan verəcək. Yaşayış məntəqələrinin içindən keçən mövcud yolda isə avtomobillər sürəti 60 km/s aşağı salmağa məcbur idilər.

Ələt-Astara magistral yolu mənzil başına rahat və tez çatmaq üçün nəzərdə tutulan alternativ yoldur. Kim tələsərsə, rahat və tez mənzil başına çatmaq istəyərsə, pul ödəyib, bu yoldan istifadə bilər. Bir sözlə, bu yol insanların ixtyarına buraxılacaq və məcburi olmayacaq".

Müsahibimiz yeni tikilən yolun ödənişli olduğu halda, sərnişin daşınmaya nə kimi təsir göstərəcək-sualına cavab olaraq, "hələ tam müəyyən edilməyib, bu yol ödənişlidir, yoxsa yox"-dedi:

"Yolun ödənişli olması tam müəyyənləşməyib. Bu barədə hələ konkret bir qərar yoxdur. Biz öz təkliflərimizi Nazirlər Kabinetinə verərək, yolun ödənişli təklif etmişik. Yoldan istifadə pulu kimi bir neçə təklifimiz olub. Lakin bu, bizim öhtəçiliyimizdə olan məsələ deyil. Yekun qərar, yol hərəkatı komisiyyası tərəfindən təsdiqlənəcək.

Beynəlxalq təcrübə bu barədə nə deyir-sualına cavab tapmaq üçün yol hərəkəti üzrə ekspert Ərşad Hüseynova müraciət etdik. Mütəxəsis bildirdi ki, bu cür yollar avropada çox inkişaf edib və  həm də iqtisadiyyatın bu sektorunun rentabelli işləməsinə imkan yaradıb:

"Azərbaycanın da ödənişli yollar sektorunu inkişaf etdirməsi sevindirici haldır. Lakin yollarla bahəm, qiymətlər də avropadakı kimi rahat və sərfəli olsa, bundan həm dövlət, həm də sürücülər yararlanacaq.

Xüsusi marşurut ilə hərəkət edən avtobuslar ümumiyyətlə bu yola girə bilməzlər, lakin hansısa bir mikroavtobus və taksi sürücüsü bu yolla maneəsiz hərəkət etmək istəsə, bəli, o da bu yoldan istifadə edərək, pul ödəməlidir. Pulun miqdarı maşınınlardan asılı olmalıdır. Hansısa bir taksi sürücüsü ilə qoşqulu yük maşını eyni pul ödəməyəcəyindən, fərqlər olmalıdır. Bu təcrübə xaricdə də belədir və normal hal sayıır". 

Qeyd edək ki, yeni magistral yolda nəzərdə tutulan onlarla yeraltı keçidin, tunelin, sukeçirənin, dairəvi boruların tikintisi də başa çatıb. Körpülərin inşası isə davam etdirilir.

Google+ WhatsApp ok.ru