​HUMANİZMİN «H»SI

«Azadlıq» qəzeti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu günlərdə Milli Məclisdə qəbul edilən Amnistiya Aktını «Hakimiyyətin mövsümi humanizmi» sərlövhəli məqalədə tənqid edib. Yazıda aktın vicdan və siyasi məhbus sayılan bir çox şəxslərdən yan keçməsi təhlil edilir: «Yəni, 3500 adamın azadlığını nəzərdə tutan amnistiyaya siyasi məhbuslar düşməyəcək. Maddələr elə seçilib ki, dünyanın «vicdan məhbusu» kimi tanıdığı, günahsızlığı sübut olunmuş adamlara şamil edilmir».
 
Müəllifin düşüncəsinə görə, bu addımla da hakimiyyət növbəti dəfə fundamental dəyərlərə münasibətini ortaya qoyub: «Hökumət özünü humanist kimi göstərməyə çalışsa da, bu amnistiya aktı düşmənçiliyi, hikkəni açıq şəkildə göstərir. Həqiqi humanizm ayda, ildə bir dəfə əfv fərmanı imzalamaq, amnistiya təşəbbüsü ilə çıxış etmək deyil. Həqiqi humanizm ədalətli olmaq, ədalətlə idarə etmək, məhkəmələrə müstəqillik vermək, qanunları kağız parçasına çevirməməkdir. Həqiqət budur ki, bu ölkədə hələ ki, humanizmin «h»sı gözə dəymir, ədalətsizlik isə göz deşir». (Azadliq.info)

Google+ WhatsApp ok.ru