​Naxçıvanda ötən il ölən qadın və kişilərin sayı açıqlanıb

Ötən il ərzində Naxçıvan Muxtar Respublikasında doğulan kişilərin sayı 3511, ölənlərin sayı isə 954 nəfər olub.
 
"Report" muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il ölən qadınların sayı 905, doğulanların sayı 3120 nəfər olub.
 
Eləcə də, şəhər yerlərində 964 oğlan doğulub, 321-i ölüb. 824 qız doğulub, 268 ölüm qeydə alınıb.
Kənd yerlərində doğulan oğlanların sayı 2547, ölənlərin sayı 633, doğulan qızların sayı 2296, dünyasını dəyişənlərin sayı 637 nəfər olub.
 
Qeyd edək ki, beş il bundan əvvəlki göstərici ilə müqayisədə doğulan qlz və oğlanların sayında azalma müşahidə olunub. 2010-cu ildə ölən kişilərin sayı 1031, doğulanların sayı 5733, ölən qadınların sayı 1013, doğulanlıarın sayı isə 4383 nəfər olub. /

Google+ WhatsApp ok.ru