“Mançester Siti” “Borussiya”nın daha bir oyunçusunu transfer edir

İngiltərə mediası: “Mançester Siti” Obameyanqı transfer edib

Dortmund “Borussiya”sında yaxşı mövsüm keçirən Pyer-Emerik Obameyanq karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Maide.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Britaniya mətbuatı xəbər yayıb.

Bildirilir ki, qabonlu hücumçu “Mançester Siti”yə keçməyə yaxındır. Klub nümayəndələri Dortmund təmsilçisi ilə danışıqlara başlayıb və tərəflər arasında razılıq əldə olunub.

Xəbərdə o da bildirilir ki, yaxın saatlarda xəbər rəsmi şəkildə təsdiqlənəcək.

Qeyd edək ki, Afrikada ilin futbolçusu seçilən Obameyanq ötən mövsüm “Borussiya”da 49 oyuna 39 qol vurub. /

Google+ WhatsApp ok.ru