“Facebook”da şərhlərə video əlavə etmək imkanı yarandı - YENİLİK

“Facebook”da şərhlərə video əlavə etmək imkanı yarandı - YENİLİK

“Facebook” sosial şəbəkəsində yazılan şərhlərə video əlavə etmək imkanı yaranıb.
 
Maide.Az xəbər verir ki, yenilik artıq sosial şəbəkənin brauzer versiyasında işləyir və yaxın zamanlarda mobil əlavədə də istifadəyə veriləcək. 
 
“Facebook”un üz qapağında yerləşdirilən məlumata görə, yeni interfeysin tərtibatı ilə London, Nyu-York, Sietl və Menlo-Parkdan olan mütəxəssislər məşğul olublar. İlkin məlumata görə, tezliklə sosial şəbəkənin dizaynı kardinal dəyişikliyə məruz qalacaq, ancaq hələlik bununla bağlı dəqiq heç bir məlumat yoxdur.
 
Bu yenilik istifadəçilərin dəstək xidmətində yazdıqları istəkləri ilə baş tutub. Ümumilikdə şərhlərdə video yazı yerləşdirmək imkanı yazmaq istəyi ilə bağlı yüz mindən artıq məlumat əldə olunub.(lent.az)
 

Google+ WhatsApp ok.ru