Əsgər ölüb

Əsgər ölüb

Beyləqan rayonunda yerləşən hərbi hissədə xidmət edən 19 yaşlı Elbrus Nəcəfov müəmmalı şəkildə ölüb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
 
Ailə üzvlərinə onun intihar etməsi barədə məlumat verilib, amma əsgərin valideynləri buna inanmır. 
 
“Elbrus Nəcəfov ölüm xəbərindən bir saat əvvəl ailəsi ilə telefonla danışıb. O, bir gün sonra məzuniyyətə gələcəyini deyib. Ona görə də  onun özünü asması inandırıcı görünmür”, -Nəcəfovun valideynləri bildiriblər.
 
Ailə övladlarının öldürülərək izi itirmək məqsədilə asıldığını iddia edir. E.Nəcəfov idmançı olub, idmanın kapoeyra növü üzrə ölkə çempionu olub, Dünya Çempionatında iştirak edib.
 
Əsgərin ölümü ilə bağlı məlumatı Müdafiə Nazirliyinin və Hərbi Prokurorluğun mətbuat xidmətlərindən dəqiqləşdirmək mümkün olmayıb.(contact.az)

Google+ WhatsApp ok.ru