Əsəd: ABŞ-ın son liderlərinin xarici siyasət təcrübəsi yox idi

Əsəd: ABŞ-ın son liderlərinin xarici siyasət təcrübəsi yox idi

"ABŞın problemi ondan ibarətdir ki, son prezidentləri xarici siyasətdə kifayət qədər təcrübəsiz insanlardır"
 
Maide.Az xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd çərşənbə günü NBC telekanalı müsahibəsində deyib.
 
Müxbirin ABŞ prezidentliyinə Respublikaçılar partiyasından iddialı olan Donald Trampın xarici siyasətdə təcrübəsinin az olmasının onda rahatçılıq doğururmu sualına Suriya prezidenti bu cür cavab verib:
 
"Bu əvvəllər kimdə olub ki? Barak Obamanın, Corc Buşun və ya Bill Klintonun xarici siyasəti çox zəif olub.",deyə o bildirib.
 
B.Əsəd bildirib ki, "bir neçə il" ABŞ konqresində belə bir təcrübəyə malik olmaq çox çətindir. "Ağ evdə belə bir insan olmaq bütövlükdə ölkə üçün təhlükəlidir",-deyə Suriya lideri bildirib. /

Google+ WhatsApp ok.ru